“Bu gün ölkədə tibb işçilərinin sertifikasiya imtahanının mükəmməlləşdirilməsinə, daha da təkmilləşdirilməsinə ciddi ehtiyac var. Bununla bağlı artıq işlər aparılır”.
Bizim.Media xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev bu gün keçirdiyi brifinqdə deyib.
O bildirib ki, sertifikasiya imtahanı ilə məşğul olan mərkəzin yeni formada fəaliyyət göstərməsi üçün zəruri addımlar atılacaq.
MÖVZU İLƏ BAĞLI:
Yeni səhiyyə nazirindən vətəndaşlara TÖVSİYƏ – “Zənginizə cavab verilmirsə, yenidən zəng vurun”
Tibb işçilərinin taktiki fəaliyyətində dəstək olunacaq çoxlu mövzuların olduğunu deyən nazir qeyd edib ki, ixtisaslı işçi qüvvəsi səhiyyənin əsas resursudur:
“Bu sahədə yeni strategiyanın hazırlanması vacib məsələlərdən biridir. Yaxın zamanda atılacaq addımlarla bağlı ictimaiyyətə geniş məlumat veriləcək”.
Bizim.Media