Qarabağ Müharibəsi Əlilləri, Veteranları, Şəhid ailələri İctimai Birliyinin Qusar rayon şöbəsinin sədri Canəli Hörmətovun Bizim.Media-ya verdiyi məlumata görə, bu gün onun dəfnindən 9 il ötür.
Milli Qəhrəman Çingiz Qurbanovun Qusar Şəhidlər Xiyabanındakı məzarı Səfərbərlik və Hərbi
Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qusar şöbəsinin və Bəhruz Ağaverdiyev adına Qusar şəhər 1 saylı orta məktəbin rəhbərliyi və müəllimləri tərəfindən ziyarət olunub.
Azərbaycanın Milli Qəhrəmanı Çingiz Qurbanov Tovuz rayonunun Ermənistanla sərhəddə hərbi xidmət zamanı ermənilərin kəşfiyyat qrupunun təxribatının qarşısını alarkən pusquya düşüb və şəhid olub. Onun nəşi 3 həftə Ermənistan tərəfdə qalıb və Azərbaycan dövlət başçısı İlham Əliyevin göstərişi ilə 2017-ci il fevralın 5-də geri alınıb və ürtəsi gün Qusarda dəfn olunub.
Qeyd edək ki, Milli Qəhrəman Çingiz Qurbanovla yanaşı, Birinci Qarabağ müharibəsi şəhidi Eldar Aliyarovun da məzarı ziyarət edilib, ruhuna dualar oxunub.






Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu


























































































