Bakıda TRAGİKOMİK OLAY - “BakuBus”un eyni marşrutda iki avtobusu ard-arda qəzaya düşdü - ÖZƏL/FOTO

Bakıda TRAGİKOMİK OLAY - “BakuBus”un eyni marşrutda iki avtobusu ard-arda qəzaya düşdü - ÖZƏL/FOTO

Hazırda oxunan: Bakıda TRAGİKOMİK OLAY - “BakuBus”un eyni marşrutda iki avtobusu ard-arda qəzaya düşdü - ÖZƏL/FOTO

594506

Bu saatlarda Zəfər Parkının yaxınlığında yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Bizim.Media əməkdaşının verdiyi məlumata görə BakuBus-un Hövsan-“28” may metrostansiyası üzrə hərəkət edən 120 nömrəli marşrut avtobusu ilə minik avtomobili toqquşub.

Hadisə minik avtomobilinin avtobus zolağına daxil olması nəticəsində baş verib.

Qəzadan sonra avtobusda olan sərnişinlər düşürülüb və növbəti gələn avtobusa yönləndiriliblər.

Maraqlısı odur ki, sərnişinlərin mindiyi növbəti 120 nömrəli avtobus da bir qədər hərəkət etdikdən sonra qəza törədib. 


Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Xəsarət alan yoxdur.










Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO