Azərbaycan ərazisində müşahidə olunan əlverişsiz hava şəraitinə baxmayaraq, Heydər Əliyev Beynəlxalq Hava Limanı adi rejimdə fəaliyyətini davam etdirir.
Bizim.Media xəbər verir ki, bu barədə Heydər Əliyev Beynəlxalq Hava Limanından bildirilib.
Qeyd olunur ki, hazırda hava limanında uçuşların gecikməsi və ya ləğvi halları qeydə alınmayıb, bütün reyslər müəyyən edilmiş cədvələ uyğun həyata keçirilir.
“Mövcud meteoroloji şərait müvafiq aviasiya və istismar xidmətləri tərəfindən daim və operativ şəkildə nəzarətdə saxlanılır. Uçuşların təhlükəsizliyinin təmin edilməsi məqsədilə bütün əməliyyatlar beynəlxalq aviasiya təhlükəsizliyi standartları və prosedurlarına uyğun icra olunur.
Sərnişinlərin təhlükəsizliyi, rahatlığı və fasiləsiz xidmətlə təmin edilməsi Heydər Əliyev Beynəlxalq Hava Limanının əsas prioritetlərindən biridir. Sərnişinlərə reyslər barədə operativ və dəqiq məlumat almaq üçün birbaşa uçuşları həyata keçirən aviaşirkətlərlə əlaqə saxlamaq tövsiyə olunur”, – deyə hava limanından bildirilib.
Bizim.Media






























































































