İtkin düşən 19 yaşlı tələbə tapıldı

İtkin düşən 19 yaşlı tələbə tapıldı

Hazırda oxunan: İtkin düşən 19 yaşlı tələbə tapıldı

594378

Bakıda itkin düşən 19 yaşlı tələbə Vasif Abidinov tapılıb.
 

MÖVZU İLƏ BAĞLI:

Gəncədə oxuyan tələbənin Bakıda itkin düşməsi ilə bağlı DETALLAR


Bu barədə Bizim.Media-ya DİN-in Mətbuat xidmətindən bildirilib.

Qeyd edilib ki, ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk edərək naməlum istiqamətə gedən 19 yaşlı Vasif Elnur oğlu Abidinovun yeri polis əməkdaşları tərəfindən müəyyən edilib və o, polis şöbəsinə gətirilib.

“Araşdırmalarla onun itkin düşməsində hər hansı kriminal tərkib aşkar edilməyib. Məlum olub ki, bu hal şəxsi niyyətindən irəli gələn addım olub.
 

Hazırda onunla profilaktik söhbət aparılır, bu cür davranışın ailə üzvləri və yaxınları arasında narahatlıq yaratdığı onun diqqətinə çatdırılıb”, - məlumatda vurğulanıb.

 

Qeyd edək ki, V.Abidinov Azərbaycan Texnologiya Universitetinin 2-ci kurs tələbəsidir. O, tətilini Bakıda keçirmək üçün yaxınıgilə qonaq gəlibmiş.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO