Hökməli yolunda TƏHLÜKƏLİ ANLAR: Sürücülər yarışa çıxdılar – VİDEO

Hökməli yolunda TƏHLÜKƏLİ ANLAR: Sürücülər yarışa çıxdılar – VİDEO

Hazırda oxunan: Hökməli yolunda TƏHLÜKƏLİ ANLAR: Sürücülər yarışa çıxdılar – VİDEO

593334

Abşeron rayonu ərazisində, Bakı-Şamaxı şosesinin Hökməlidən keçən hissəsində iki sürücünün yol hərəkəti qaydalarını kobud şəkildə pozması təhlükəli vəziyyətə səbəb olub.

Bizim.Media “Oxu.az”a istinadən xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə videogörüntü yayılıb.

Görüntülərdə Hökməli dairəsi yaxınlığında 90-YH-208 və 90-YD-792 dövlət nömrə nişanlı "Chevrolet Cobalt" markalı avtomobillərin bir-biri ilə yarışdığı əks olunub. Sürücülərin yüksək sürətlə və təhlükəli manevrlərlə hərəkət etməsi öz həyatlarını ciddi təhlükə altına qoymaqla yanaşı, yolda olan digər hərəkət iştirakçıları üçün də ciddi risk yaradıb.

Məsələ ilə bağlı aidiyyəti quruma sorğu verilib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO