Azyaşlıların məhkəməsində psixoloqlar da İŞTİRAK EDƏCƏK

Azyaşlıların məhkəməsində psixoloqlar da İŞTİRAK EDƏCƏK

Hazırda oxunan: Azyaşlıların məhkəməsində psixoloqlar da İŞTİRAK EDƏCƏK

593158

Məhkəmədə on dörd yaşınadək olan şahidin dindirilməsi zamanı psixoloq da iştirak edəcək.

Bizim.Media xəbər verir ki, bu məsələ Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bugünkü iclasında müzakirə olunan Mülki Prosessual Məcəllədə dəyişiklik edilməsi barədə qanun layihəsində əks olunub.

Layihəyə əsasən, uşaqların hüquq və mənafeləri ilə bağlı mübahisələrin həlli zamanı mübahisə ilə mənafelərinə toxunulan uşaqların fikrinin öyrənilməsi psixoloqun da iştirakı ilə aparılacaq.

14 yaşınadək olan şahidin və məhkəmənin mülahizəsi ilə 14 yaşından 16 yaşınadək olan şahidlərin dindirilməsi psixoloqun da iştirakı ilə aparılacaq.

Həmçinin, qanunla nəzərdə tutulmuş əməllə təmsil edilən şəxsə mənəvi, fiziki və ya maddi ziyan vurması istinad edilən şəxs həmin şəxsin qanuni nümayəndəsi qismində mülki prosesdə iştirak etmək üçün buraxıla bilməyəcək.

Bundan başqa, Cinayət-Prosessual Məcəlləsinə üzləşdirilmə, ifadələrinin yerində yoxlanılması, istintaq eksperimenti, istintaq eksperimentinin protokolu, tədqiqat üçün nümunələrin götürülməsi zamanı digər şəxslərlə yanaşı psixoloqun iştirakını tələb edən normaların əlavə edilməsi təklif olunur.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO