Ədliyyə naziri Göyçayda vətəndaşları qəbul edəcək

Ədliyyə naziri Göyçayda vətəndaşları qəbul edəcək

Hazırda oxunan: Ədliyyə naziri Göyçayda vətəndaşları qəbul edəcək

593131

Ədliyyə naziri Fərid Əhmədov 6 fevral 2026-cı il tarixində Göyçay şəhərində Göyçay, Ağdaş, Ağsu, Zərdab, İsmayıllı, Kürdəmir, Ucar və Şamaxı rayon sakinlərini qəbul edəcək.
 
Bizim.Media xəbər verir ki, vətəndaşlar Nazirliyin fəaliyyət istiqamətlərinə dair məsələlərlə bağlı 5 fevral tarixinədək yalnız rəsmi iş günləri və saatları ərzində Göyçay regional ədliyyə idarəsinə (ünvan: Göyçay şəhəri, Heydər Əliyev prospekti 30, əlaqə telefonu: +994 020 274 13 10, +994 020 274 30 41) müraciət edərək, habelə Ədliyyə Nazirliyinin +994 12 510 10 01 (daxili nömrə: 10941) nömrəli telefonu vasitəsilə qəbula yazıla bilərlər.
 

Həmçinin [email protected] e-poçt ünvanı, eləcə də Nazirliyin rəsmi veb-saytında “Elektron xidmətlər” bölməsində “Vətəndaşların ədliyyə orqanlarında qəbula yazılması” xidməti vasitəsilə də qəbula yazılmaq mümkündür.


Qəbula gələn vətəndaşlardan əvvəlcədən qeydiyyatdan keçmələri və özləri ilə şəxsiyyət vəsiqəsini gətirmələri xahiş olunur.

Qəbula yazılan şəxslərə qəbulun keçiriləcəyi ünvan və saat barədə əvvəlcədən məlumat veriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO