Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən yanvar ayının bütün sosial ödənişləri başa çatdırılıb.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Bizim.Media-ya verilən məlumata görə, yanvarın 13-də Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu və Naxçıvan Muxtar Respublikası üzrə bu ayın pensiyaları, yanvarın 22-də digər bölgələrdə yaşayan pensiyaçıların və güzəştli şərtlərlə pensiya təyin edilmiş şəxslərin bu ay üzrə pensiyaları, yanvarın 27-də isə bu ayın müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları ödənilib.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
10:18 / 28.01.2026
Yanvar ayının bütün sosial ödənişləri yekunlaşdı
Hazırda oxunan: Yanvar ayının bütün sosial ödənişləri yekunlaşdı
Hazırda oxunan: Yanvar ayının bütün sosial ödənişləri yekunlaşdı
593117
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


































































































