İran vətəndaşından marixuana alan narkokuryer saxlanıldı

İran vətəndaşından marixuana alan narkokuryer saxlanıldı

Hazırda oxunan: İran vətəndaşından marixuana alan narkokuryer saxlanıldı

593111

Neftçala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində narkotiklərin qanunsuz döviyyəsini təşkil etməkdə şübhəli bilinən 43 yaşlı Samiq Abuşov saxlanılıb.

DİN-in Mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, onun idarə etdiyi “Toyota” markalı nəqliyyat vasitəsindən ümumi çəkisi 20 kiloqrama yaxın olan narkotik vasitə həşiş və marixuana aşkarlanıb.
 

S.Abuşov şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb edildiyini və narkotik vasitələri Bakı şəhərinə çatdırmalı olduğunu bildirib.


Faktla bağlı cinayət işi başlanıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO