Pəncərə önünə folqa qoyun - Fərqi görün

Pəncərə önünə folqa qoyun - Fərqi görün

Hazırda oxunan: Pəncərə önünə folqa qoyun - Fərqi görün

593092

Alüminium folqa əsasən yemək bişirərkən istiliyi qorumaq üçün istifadə edilsə də, məişətdə başqa faydalı xüsusiyyətləri də var.

Bizim.Media xəbər verir ki, mütəxəssislərin bildirdiyinə görə, alüminium folqanı pəncərənin qabağına yerləşdirmək qış və yay aylarında evin temperatur balansını qorumağa kömək edə bilər.

Belə ki, qış aylarında folqa evin içindəki istiliyin çölə çıxmasının qarşısını alır və otaqların daha isti qalmasına şərait yaradır. Yay mövsümündə isə günəş şüalarını əks etdirərək otaqların sərin qalmasına kömək edir.

Bundan əlavə, alüminium folqanın pəncərələrdə istifadəsi çöldən gələn ağcaqanadların və bəzi həşəratların evə daxil olmasının qarşısını ala bilər.

Mütəxəssislər qeyd edirlər ki, alüminium folqanın düzgün və təhlükəsiz şəkildə istifadəsi həm enerjiyə qənaət etməyə, həm də ev şəraitində rahatlığı artırmağa kömək edir. (Milli.Az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO