Bakı buxtasının təmizlənməsi üçün təxirəsalınmaz Tədbirlər Planı HAZIRLANACAQ

Bakı buxtasının təmizlənməsi üçün təxirəsalınmaz Tədbirlər Planı HAZIRLANACAQ

Hazırda oxunan: Bakı buxtasının təmizlənməsi üçün təxirəsalınmaz Tədbirlər Planı HAZIRLANACAQ

593041

Xəbər verdiyimiz kimi baş nazir Əli Əsədovun sədrliyi ilə Nazirlər Kabinetində "Xəzər dənizində müxtəlif təyinatlı qəzalı və yararsız vəziyyətdə olan hidrotexniki qurğuların, o cümlədən qəzalı vəziyyətdə olan və ləğv olunmuş quyuların təkrar ləğvi və izolyasiyası, estakadaların, yanalma körpülərinin, platformaların, həmçinin batmış və yarımbatmış vəziyyətdə olan gəmilərin çıxarılması və digər reabilitasiya işlərinin həyata keçirilməsinə dair 2025-2030-cu illər üçün Kompleks Tədbirlər Planı"nın icrası və Bakı buxtasının ekoloji vəziyyətinin yaxşılaşdırılması məsələlərinə həsr olunmuş iclas keçirilib.

Bizim.Media xəbər verir ki, iclasda Bakı buxtasının (Dənizkənarı bulvarın) təmizlənməsi və ekoloji vəziyyətinin yaxşılaşdırılması məqsədilə dəniz suyunun çəkilməsi ilə sahilə yaxın hissələrdə üzə çıxmış metal konstruksiyaların ərazidən kənarlaşdırılması, hövzəyə çirkab suların axıdılmasının qarşısının alınması, suyun səthində üzən neft ləkələrinin və müxtəlif tullantıların, habelə ətrafda neftlə çirklənmiş torpaqların təmizlənməsi istiqamətində təxirəsalınmaz işləri özündə ehtiva edən Tədbirlər Planının hazırlanması tapşırığı verilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO