Gələcəyi deyən nağıllar, danışan güzgülər – Alimlər cadugərlərin yolu ilə gedir

Gələcəyi deyən nağıllar, danışan güzgülər – Alimlər cadugərlərin yolu ilə gedir

Hazırda oxunan: Gələcəyi deyən nağıllar, danışan güzgülər – Alimlər cadugərlərin yolu ilə gedir

593015

Elə bir dövrə gəlmişik ki, nağıllarda bəhsi keçən, adı çəkilən sehrli nə varsa müasir texnologiyanın reallığına çevrilir. Bir vaxtlar cadugərlərin sehrli güzgüsü yalnız suallara cavab verirdi, indi isə ağıllı güzgülər bizdən icazə belə almadan danışmağa başlayacaq.

Müasir sehrli güzgülər ona baxanda üz cizgilərini tanıyır, dərinin quruluğunu ölçür, yuxusuz gecələri gözaltı kölgələrdən “oxuyur”, hətta stress səviyyəni belə təxmin edir. Nağıllarda güzgü həqiqəti sözlə deyirdi, bu günkü güzgülər isə rəqəmlərlə sübut edir.

Nağıllardan elmi laboratoriyaya

“Ayna, ayna, varmı məndən gözəli?” sualı artıq təkcə gözəlliklə bağlı deyil. Nağıldakı zalım analığın sualını bu gün mərrhəmətli analar da güzgüyə verə bilər, amma cavaba hazır olmalıdır. Çünki güzgü: “Bu gün yorğun görünürsən”, “Təcili kremini dəyiş” və s. kimi iradlar bildirəcək.
Yəni müasir sehrli güzgülər sahibəsinin təkəbbürünü deyil, özünə qayğını təşviq edir. Ağcanın analığının güzgüsü qısqanclıq və qorxu yaradırdısa, bugünkü güzgülər özünü tanımağı öyrədir. İstifadəçinin dəri tipi üçün ən uyğun dəriyə qulluq məhsulları və prosedurları tövsiyə edir. İnsan ilk dəfə olaraq öz simasına kənardan, soyuq və obyektiv bir baxışla baxa bilir.
 

Gözləllik Laboratoriyası (Beauty Lab) təşəbbüsü, qabaqcıl texnologiya ilə ənənəvi güzgüləri əvəzləməkdir. Ağıllı güzgü qabaqcıl sensorları sayəsində üzün ən kiçik detallarını belə rəqəmsal mühitə ötürür. Cihazın süni intellekt alqoritmləri sızanaq əmələ gəlməsi, günəş ləkələri və məsamə quruluşu kimi bir çox fərqli meyarları saniyələr ərzində təhlil edir. İstifadəçilər güzgünün qarşısında dayandıqda, dərilərinin mövcud sağlamlıq vəziyyəti haqqında hərtərəfli məlumata sahib olurlar.


Ağıllı güzgü yalnız səthi problemləri deyil, həm də dərinin alt təbəqələrində yarana biləcək potensial problemləri əvvəlcədən aşkar edə bilir. Bu proqnozlaşdırıcı xüsusiyyət istifadəçilərə yaşlanma və dəri qüsurlarına qarşı daha məlumatlı bir qoruyucu qalxan yaratmağa kömək edir.

Bəlkə də nağıllar gələcəkdən xəbər vermirdi, sadəcə insanın arzusunu çox dəqiq tutmuşdu. Biz həmişə özümüz haqqında “həqiqəti” bilmək istəmişik – amma başqasından yox, məhz güzgüdən. Ona görə də güzgülər susmur.

Şəfiqə Şəfa, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO