“Azərsun Holdinq” Dubayda Gulfood-2026 sərgisində iştirak edir – FOTO

“Azərsun Holdinq” Dubayda Gulfood-2026 sərgisində iştirak edir – FOTO

Hazırda oxunan: “Azərsun Holdinq” Dubayda Gulfood-2026 sərgisində iştirak edir – FOTO

593014

“Azərsun Holdinq” 26-30 Yanvar tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən Gulfood 2026 beynəlxalq qida sərgisində təmsil olunur.

Bizim.Media xəbər verir ki, hazırda məhsullarını dünyanın 40-dan çox ölkəsinə ixrac edən holdinq sərgi iştirakçılarına geniş məhsul çeşidi təqdim edir.

Sərgi müddətində ziyarətçilər “Azərsun Holdinq”ə məxsus çay, şokolad, müxtəlif konservləşdirilmiş qida məhsulları, yağlar və digər ərzaqlarla tanış olurlar.

Eyni zamanda stenddə qonaqlara “Saville” markalı nar şirəsi və kompotlar da təqdim edilir.

35 illik fəaliyyəti dövründə onlarla yerli brend formalaşdıran “Azərsun Holdinq” Azərbaycanın ixrac imkanlarının genişlənməsində əhəmiyyətli rol oynayır.

Yerli xammal əsasında istehsal olunan bu məhsullar beynəlxalq bazarlarda ölkəmizi uğurla təmsil edərək, “Made in Azerbaijan” adını qürurla daşıyır.





Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO