Vətəndaşlar kommunal xərclərin yüksək olmasından və bu xərcləri ödəməkdə çətinlik çəkmələrindən şikayətlənirlər. Bölgələrdə yaşayan sakinlər isə xərcləri azaltmaq məqsədilə qazla yanaşı odun sobasından istifadə etdiklərini bildirirlər.
Bəs bu sahədə hansısa güzəştin olması gündəmdədir?
Bizim.Media xəbər verir ki, mövzuya Milli Məclisin deputatı Fazil Mustafa münasibət bildirib. Pravda.az-a açıqlama verən millət vəkilinin sözlərinə görə, qaz limitini aradan qaldırmaq müəyyən dərəcədə vətəndaşların işini yüngülləşdirə bilər:
“Ən azından bu limitin həddini bir az da yüksəltmək lazımdır ki, aztəminatlı, yoxsul insanlar qış aylarında bu qədər sıxıntı içində olmasınlar və daha rahatlıqla kommunal xərclərin ödənməsini təmin edə bilsinlər. Çünki kommunal xərclərin altında əzilmək bir çox hallarda sağlamlıq problemlərinə gətirir.
İstilik istifadəsi az olanda bunun əziyyətini ən çox uşaqlar çəkir. Amma bu məsələlər barədə təkliflər hökuməti də düşündürür. Yəqin ki, vəziyyət optimal şəkildə dəyərləndirilərək qərarlar qəbul ediləcək”.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
12:08 / 27.01.2026
Qaz limitinin həddi artırılacaq? - AÇIQLAMA
Hazırda oxunan: Qaz limitinin həddi artırılacaq? - AÇIQLAMA
Hazırda oxunan: Qaz limitinin həddi artırılacaq? - AÇIQLAMA
592945
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































