Rusiyanın Yekaterinburq şəhərində Azərbaycan diaspor üzvlərinin adının hallandırıldığı cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Bizim.Media xəbər verir ki, Rusiya istintaq orqanları tərəfindən irəli sürülən iddialara əsasən, sözügedən iş üzrə təqsirləndirilən şəxslər arasında Azərbaycan vətəndaşları və Azərbaycan əsilli şəxslər yer alır.
Təqsirləndirilənlər sırasında Şücayəddin Rəcəbov, Şahin Şıxlinski, Akif, Kamal, Bəkir, Ayaz və Məzahir Səfərovun adları çəkilir.
İşə baxan Kirov rayon məhkəməsinin mətbuat xidmətinin məlumatına görə, prosesdə iştirakçıların çoxluğu nəzərə alınaraq məhkəmə iclaslarının Sverdlovsk Vilayət Məhkəməsinin binasında keçirilməsi qərara alınıb.
İstintaqın versiyasına görə, təqsirləndirilən şəxslərə 2001, 2010 və 2011-ci illərdə iş adamlarına qarşı qətl və qətlə cəhd epizodları ilə bağlı ittihamlar irəli sürülüb. Müstəntiqlər bu hadisələrin diaspor daxilində təsir və liderlik uğrunda daxili mübarizə zəmnində baş verdiyini iddia edirlər.
Məlumata əsasən, işə andlılar məhkəməsi tərəfindən baxılacaq. Dövlət ittihamçısı və zərərçəkmiş tərəfin müraciəti nəzərə alınaraq məhkəmə iclaslarının qapalı keçirilməsi qərara alınıb.
Qeyd edək ki, 2025-ci il iyunun 27-də səhər saatlarında Rusiyanın Yekaterinburq şəhərində Federal Təhlükəsizlik Xidməti azərbaycanlıların evinə basqın edib, Ziyəddin və Hüseyn Səfərov qardaşlarını döyərək öldürüb. Basqın zamanı bəzi soydaşlarımız ağır bədən xəsarətləri alıb, habelə 9 nəfər saxlanılıb. (Modern.az)
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
11:49 / 27.01.2026
Şahin Şıxlinski və Səfərov qardaşlarının məhkəməsi keçirilir
Hazırda oxunan: Şahin Şıxlinski və Səfərov qardaşlarının məhkəməsi keçirilir
Hazırda oxunan: Şahin Şıxlinski və Səfərov qardaşlarının məhkəməsi keçirilir
592940
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































