Qeyri-formal çalışanlar icbari tibbi sığortanı özləri ödəyəcək – Zaur Əliyev

Qeyri-formal çalışanlar icbari tibbi sığortanı özləri ödəyəcək – Zaur Əliyev

Hazırda oxunan: Qeyri-formal çalışanlar icbari tibbi sığortanı özləri ödəyəcək – Zaur Əliyev

592923

Qeyri-formal məşğul əhali sığortalı qismində özləri çıxış edəcəklər.

Bizim.Media xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev 2025-ci ilin yekunları və hədəflərə dair keçirilən üzrə mətbuat konfransında deyib.

O, bildirib ki, bununla bağlı Nazirlər Kabinetinin qərarı var və müvafiq qurumlar qaydaları təqdim etməlidirlər:

"Qeyri-formal məşğulluğun təsir dairəsinə düşən şəxslərin siyahısı təsdiqlənənədək, onlar sığorta xidmətlərindən istifadə etməyə davam edəcəklər".

Onun sözlərinə görə, sığorta haqqının hesablanmasında dəyişiklik olunub:

"Belə ki, qeyri - dövlət neft -qaz sektorunda çalışanlar üzrə 2500 manatadək gəlirə görə 2 faiz, 2500 manatdan yuxarı hissəyə görə isə 0.5 faiz sığorta haqqı tətbiq olunur. Əvvəl isə bu hədd 8000 manat idi".

Günay Şahmar, Sadiq Məmmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO