Şəmkirdə ata ilə oğlu ağır QƏZAYA düşdü: Ölən var

Şəmkirdə ata ilə oğlu ağır QƏZAYA düşdü: Ölən var

Hazırda oxunan: Şəmkirdə ata ilə oğlu ağır QƏZAYA düşdü: Ölən var

592920

Şəmkirdə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, rayonun İrmaşlı kənd sakini 1992-ci il təvəllüdlü Vüsal Rüstəmlinin idarə etdiyi "VAZ - 2110" markalı avtomobil hərəkətdə olan, Şiştəpə kənd sakini 1991-ci il təvəllüdlü Orxan Hüseynovun idarə etdiyi "Mitsubishi" markalı avtomobillə toqquşub.

Qəza zamanı “VAZ-2110"un sürücüsü hadisə yerində dünyasını dəyişib. Qəza zamanı həmin avtomobildə olan sərnişin, sürücünün oğlu, 2020-ci il təvəllüdlü Adəm Rüstəmli isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Hadisə yerinə DYP-nın məkdaşları cəlb olunub. Faktla bağlı araşdırma başlanılıb.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO