SON DƏQİQƏ: Bu vətəndaşlara işıq pulunda 50 faiz güzəşt oluna bilər

SON DƏQİQƏ: Bu vətəndaşlara işıq pulunda 50 faiz güzəşt oluna bilər

Hazırda oxunan: SON DƏQİQƏ: Bu vətəndaşlara işıq pulunda 50 faiz güzəşt oluna bilər

592888

Artan kommunal xərclər fonunda qaz olmayan yaşayış məntəqələri və binalar üçün elektrik enerjisi limitlərində güzəştlərin tətbiqi məsələsi yenidən gündəmə gəlib.

Bəs, qaz olmayan yaşayış məntəqələri və binalarda yaşayan vətəndaşlar üçün elektrik enerjisi limitlərində və tariflərində güzəştlərin tətbiqi mümkündürmü?

Bizim.Media xəbər verir ki, mövzu ilə bağlı “konkret.az”a açıqlama verən iqtisadçı Natiq Cəfərlinin sözlərinə görə, bir çox ölkələrdə bu yanaşma artıq mövcuddur və Azərbaycanda da vaxtilə tətbiq olunub.

“Əvvəl qaz olmayan binalarda elektrik enerjisi vətəndaşlara 50 faiz güzəştlə satılırdı. Belə bir mexanizmin yenidən tətbiqi mümkündür və məntiqli yanaşmadır. Son dövrlər Azərbaycanda qazlaşma ilə bağlı fikirlər səsləndirilir. Xüsusilə yüksək mərtəbəli binaların qazla təminatında müəyyən məhdudiyyətlərin ola biləcəyi bildirilir. Bu məhdudiyyətlər təhlükəsizlik məqsədi daşıya bilər. Bu halda alternativ olaraq elektrik enerjisi üzrə daha əlverişli şərtlər yaradılmalıdır”.

Onun sözlərinə görə, belə hallarda yalnız limit tətbiqinin aradan qaldırılması deyil, eyni zamanda elektrik enerjisinin tariflərinin də daha ucuz olması zəruridir:

“Əgər qaz təminatı təhlükəsizlik səbəbilə məhdudlaşdırılacaqsa, həmin binalarda yaşayan vətəndaşların elektrik xərcləri məntiqi həddi aşmamalıdır. Bu zaman dövlət tərəfindən güzəştli tariflərin tətbiqi labüddür”.

Ekspertin fikrincə, sosial yönümlü yanaşma çərçivəsində qazsız yaşayış məntəqələri üçün xüsusi elektrik enerjisi güzəştlərinin müzakirəyə çıxarılması real və əsaslandırılmış addım ola bilər.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO