Beynəlxalq axtarışda olan şəxslər Moldova və Çinə TƏHVİL VERİLDİ

Beynəlxalq axtarışda olan şəxslər Moldova və Çinə TƏHVİL VERİLDİ

Hazırda oxunan: Beynəlxalq axtarışda olan şəxslər Moldova və Çinə TƏHVİL VERİLDİ

592828

Azərbaycan beynəlxalq axtarışda olan şəxsləri Moldova və Çinə təhvil verib.

Bizim.Media xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.
 

Moldova Respublikasının səlahiyyətli orqanları tərəfindən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozmaqda təqsirləndirilərək beynəlxalq axtarışa elan edilmiş 1991-ci il təvəllüdlü Özbəkistan Respublikasının vətəndaşı Rustamov Firuz Farxodoviç və Çin Xalq Respublikasının səlahiyyətli orqanları tərəfindən qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqda təqsirləndirilərək beynəlxalq axtarışa elan edilmiş 1974-cü il təvəllüdlü həmin ölkənin vətəndaşı Xu Penqçenq 2025-ci il ərzində ölkəmizdə müəyyən edilərək barələrində həbs qətimkan tədbiri seçilib.


Qeyd olunan şəxslərin verilməsinə dair həmin ölkələrin səlahiyyətli orqanlarının vəsatətləri baxılması üçün Baş Prokurorluq tərəfindən Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

"Ekstradisiya haqqında" 13 dekabr 1957-ci il tarixli Avropa Konvensiyasına və "Azərbaycan Respublikası və Çin Xalq Respublikası arasında təslim etmə haqqında" müqaviləyə uyğun olaraq şəxslərin barəsində qərarlar qəbul edilərək, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Moldova və Çinin səlahiyyətli orqanlarına təhvil veriliblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO