Marketlərin HİYLƏSİ - Kənd yumurtası adı altında TƏHLÜKƏ satılır

Marketlərin HİYLƏSİ - Kənd yumurtası adı altında TƏHLÜKƏ satılır

Hazırda oxunan: Marketlərin HİYLƏSİ - Kənd yumurtası adı altında TƏHLÜKƏ satılır

592821

Bir çox market və satış nöqtələrində yumurtalara “kənd yumurtası” görüntüsü verilməsi üçün süni şəkildə toyuq ifrazatına bulaşdırılması müşahidə olunur. Bu cür “bəzəmə” təbii məhsul təəssüratı yaratsa da, əslində insan sağlamlığı üçün ciddi risk deməkdir. Buna görə də belə yumurtaların nə dərəcədə təhlükəli olduğunu vətəndaşların bilməsi vacibdir.

İlk olaraq onu bilmək lazımdır ki, çirkli yumurtaları aldıqdan sonra alaçiy bişirib yemək təhlükəlidir. Eyni zamanda qayğanaq edərkən bu cür qabıqların tavaya düşməsi də təhlükəni qaçılmaz edir.  

Bəs bulaşıq yumurta qabığında hansı bakteriyalar infeksiyaya səbəb ola bilər?

Diyetoloq Samir Nuriyev Bizim.Media-ya açıqladı ki, çirkli yumurtalar bakterial risklər daşıyır və az bişmiş halda istehlak edildikdə zəhərlənmə riskini artırır.

“İstər mağazadan, istərsə də ara satışından alınmış istənilən yumurta bişirilməzdən qabaq  yuyulmalıdır. Təmizlənməmiş yumurta ilk növbədə, salmonella infeksiyası riski daşıyır. Bu, bakteriyalar arasında ən təhlükəlisidir. Bundan başqa, listeria, kampilobakteriya və e. coli kimi patogenlər də olur ki, bu da kəskin bağırsaq infeksiyaları yaradır. Ən yaxşı halda xroniki allergiyalara səbəb olur”.

Diyetoloq bildirdi ki, bu risklərdən yayınmaq üçün yumurta ilıq suda yuyulmalı, sodalı yaxud sirkəli suya qoyulmalıdır.

Sonra axar suya tutulub salfetlə qurulanmalıdır. Həmçinin  çatlamış yumurtaları qəti istifadə etmək olmaz.

Məlumat üçün qeyd edək ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Sanitariya və epidemioloji qaydaları”na uyğun olaraq, çirklənmiş qabıqlı, ləkəli və qüsurlu yumurtaların satışı qadağandır.  Yoluxucu və parazitar xəstəliklər yaranmasına səbəb olan, sağlamlığa təhlükə yaradan parazitar xəstəliklərin törədicilərinin, onların toksinlərinin qida məhsullarında olmasına yol verilmir.

Şəfiqə Şəfa, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO