46 nömrəli avtobusda sərnişinlər təhlükə ilə ÜZ-ÜZƏ – Sərnişinlərin şikayətinə RƏSMİ CAVAB - FOTO

46 nömrəli avtobusda sərnişinlər təhlükə ilə ÜZ-ÜZƏ – Sərnişinlərin şikayətinə RƏSMİ CAVAB - FOTO

Hazırda oxunan: 46 nömrəli avtobusda sərnişinlər təhlükə ilə ÜZ-ÜZƏ – Sərnişinlərin şikayətinə RƏSMİ CAVAB - FOTO

592817

Paytaxtın Günəşli qəsəbəsindən “28 May” istiqamətinə hərəkət edən və “BakuBus” MMC-nin istismarında olan 46 nömrəli avtobusun fəaliyyətində ciddi problemlər var. Bununla bağlı

Bizim.Media-ya həmin marşrutdan istifadə edən sərnişinlər müraciət ediblər.

Dediklərinə görə günün pik saatlarında uzun müddət avtobus gözləməli olurlar. İntervalla bağlı problem və gecikmələr var.

Belə ki, sərnişinlərdən biri şikayətində bildirir ki, 23 yanvar səhər saatlarında 46 nömrəli avtobusun hərəkət intervalında ciddi gecikmə baş verib. Bu hal isə sıxlığa səbəb olub və hərəkət çətinləşib. Tələsən sürücü avtobusdan kobud şəkildə istifadə edərək, narahatlıqlarına səbəb olan sərnişinlərlə mübahisə də edib. Əyləci qəfil basan sürücünün bu hərəkəti nəticəsində avtobusun salonunda ayaqüstə olan sərnişinlər özlərini saxlaya bilməyib, tarazlığını itirərək yıxılıblar.

Bizim.Media məsələ ilə bağlı “BakuBus” MMC-yə müraciət edib.

Sözügedən 77-JB-048 nişanlı 46 nömrəli avtobus barədə redaksiyamıza daxil olan şikayətlərlə əlaqədar olaraq “BakuBus” MMC-nin mətbuat katibi Əsmər Əliyeva açıqlama verib:
 

““BakuBus” MMC-nin istismarında olan 46 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşıma fəaliyyəti, ümumilikdə, 22 avtobus vasitəsilə təmin edilir və xətt üzrə hərəkət 6-7 dəqiqəlik intervalla həyata keçirilir. Monitorinq Mərkəzinin son 1 həftə ərzində apardığı müşahidələrin nəticələrinə əsasən, 46 nömrəli marşrut xətti üzrə avtobusların hərəkətində gecikmə halları qeydə alınmayıb.


Sorğuda qeyd olunan 77-JB-048 dövlət qeydiyyat nişanlı avtobus 23 yanvar tarixində saat 06:00-da hərəkətə başlayıb. Həmin avtobus saat 07:34-də Günəşli qəsəbəsindən 7 dəqiqəlik intervalla, saat 08:54-də isə “28 May” NMM-dən 6 dəqiqəlik intervalla səfərə başlayıb.

Monitorinq Mərkəzinin araşdırmasına əsasən, qeyd olunan avtobusun fəaliyyəti zamanı, o cümlədən saat 08:00–09:00 aralığında, qeyd olunan tarixdə hər hansı gecikmə halı aşkar edilməyib. Həmçinin, videomüşahidə kameralarının görüntülərinin təhlili nəticəsində, sürücünün kobud davranışı ilə bağlı iddialar əksini tapmayıb”.


Fatimə Əliyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO