Dörd aydır dənizdə itkin düşən Turaldan hələ də xəbər yoxdur... - FOTO

Dörd aydır dənizdə itkin düşən Turaldan hələ də xəbər yoxdur... - FOTO

Hazırda oxunan: Dörd aydır dənizdə itkin düşən Turaldan hələ də xəbər yoxdur... - FOTO

592735

Aylar öncə dənizdə itkin düşən Tural Sultanovdan yeni xəbər yoxdur.

Bizim.Media xəbər verir ki, bu barədə onun əmisiqızı Ağanisə Sultanova sosial şəbəkə hesabında yazıb. O bildirib ki, 2025-ci ilin 26 sentyabrdan bəri əmisi oğlu, həkim Tural Sultanovun axtarışları nəticəsiz qalıb.

MÖVZU İLƏ BAĞLI:

Turalın hansı gəmidə itdiyi məlum oldu - 1 aydır yoxa çıxıb... – FOTO


“Tural dənizdə itkin düşdüyü gün bir ailə, həkim oğulu ilə qürur duyan ata, ana məhv oldu.... Dünən axşam Turalın atası ilə telefonda danışdım.... Turalın da uşaqlıqdan örnək aldığı həkim əmimin yorğun, bitkin səsi adamı məhv edir...”

Xəzər dənizindəki gəmidə həkim işləyən Tural Sultanovun 33 yaşı vardı, subay idi.

Hadisənin necə baş verdiyi məlum deyil... 

Qeyd edək ki, peşəkar idmançı olmaqla yanaşı, Tural Sultanov həkim kimi “Leyla Medical Center”də də fəaliyyət göstərirdi. Sonuncu dəfə gəmidə olarkən klinika ilə danışıb. Həkimin itkin düşməsindən sonra xilasetmə əməliyyatlarına başlanılıb, 5 gəmi və helikopterlə axrarışlar həyata keçirilib. Bu barədə də davamlı olaraq ailəyə, Turalın atası Hüseynağa Sultanova məlumat verilib.

Hadisə sentyabrın 27-də baş verib. Tural Sultanov eyni zamanda “BUE CASPİAN LTD” şirkətinə məxsus “Caspian Protektor” gəmisində həkim kimi çalışıb. Onun hansı şəraitdə itkin düşməsi hələ də müəmmalıdır.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO