Hindistan şirkəti Bakıya uçuşları ləğv etdi – SƏBƏB

Hindistan şirkəti Bakıya uçuşları ləğv etdi – SƏBƏB

Hazırda oxunan: Hindistan şirkəti Bakıya uçuşları ləğv etdi – SƏBƏB

592695

Hindistanın "IndiGo" aviaşirkəti İran ətrafındakı vəziyyətlə əlaqədar olaraq Tbilisi, Almatı, Daşkənd və Bakıya uçuşları yanvarın 28-dək ləğv edib.

Bizim.Media xəbər verir ki, bu barədə sözügedən aviaşirkət sosial şəbəkə hesabında məlumat yayıb.

"Təhlükəsizlik bizim əsas prioritetimizdir. İran ətrafında vəziyyəti yaxından izləyirik və uçuş cədvəllərimizi buna uyğun şəkildə nəzərdən keçiririk", - deyə şirkətdən bildirilib.

Məlumata görə, Tbilisi, Almatı, Daşkənd və Bakıya uçuşlar İran hava məkanından keçir və mövcud vəziyyətə görə aviaşirkət bu zonadan yayınır.

Hindistandan sözügedən şəhərlərə uçuşlar adətən altı-yeddi saat davam edir.
 

Xatırladaq ki, 2025-ci il dekabrın 29-da Tehranda İran rialının kəskin düşməsi səbəbindən ticarətçilərin etiraz aksiyaları başlayıb. Bir gün sonra etirazlara tələbələr də qoşulublar.


Narazılıqlar qısa müddətdə İranın əksər iri şəhərlərinə yayılıb. 2026-cı il yanvarın 2-də vəziyyət daha da gərginləşib - şəhər küçələrində naməlum silahlı qruplar peyda olub. Etirazçılarla hüquq-mühafizə orqanları arasında silahlı toqquşma halları artıb.

İğtişaşların zirvəsi 8 yanvar axşamına təsadüf edib, bu zaman ən azı 12 mülki vətəndaş, o cümlədən bir uşaq həlak olub.

Hakimiyyət orqanları 25 hüquq-mühafizə əməkdaşının həlak olduğunu bildirib. Tehran meri Əlirza Zakani deyib ki, etirazçılar paytaxtda 25 məscidi yandırıb, 26 bank, üç tibb mərkəzi, 10 dövlət müəssisəsi, 48 yanğınsöndürən maşın, 42 avtobus və təcili yardım maşını, həmçinin 24 mənzilə ziyan vurublar. İran hakimiyyəti iğtişaşçıları terrorist adlandırıb və hadisələrin təşkilində İsrail və ABŞ-ni təqsirləndirib. (Oxu.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO