Piyada keçidində maşının üstünə tullandı - Polis araşdırır - VİDEO

Piyada keçidində maşının üstünə tullandı - Polis araşdırır - VİDEO

Hazırda oxunan: Piyada keçidində maşının üstünə tullandı - Polis araşdırır - VİDEO

592651

Bakıda piyada ilə sürücü arasında qeyri-adi insident baş verib.

Bizim.Media xəbər verir ki, bu barədə tanınmış bloger Saleh Nəsirov məlumat paylaşıb.

Bildirilib ki, hadisə bu gün saat 13:00 radələrində “Əhmədli” metrostansiyasının yaxınlığında qeydə alınıb.
 

Məlumata görə, piyada keçidinə yaxınlaşan avtomobilin sürücüsü yolu keçməkdə olan piyadaya qışqıraraq ondan daha sürətli hərəkət etməsini tələb edib və təzyiq göstərib. Sürücünün bu hərəkətinə qeyri-adi reaksiya verən piyada isə qaçaraq avtomobilin üzərinə çıxıb.


Hadisəni lentə alan və 102 qaynar xəttinə məlumat verən sürücü bildirib ki, piyada oradan dərhal uzaqlaşıb:

“İrəliyə keçib avtomobili saxladım və DİN-ə məlumat verdim, lakin qarşı tərəf ərazini tərk etdi”.

Hadisə ilə bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılır.

Həmin görüntüləri təqdim edirik:


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO