Naxçıvana gedənlərə ŞAD XƏBƏR: Yeni nəqliyyat marşrutu açılır - VİDEO

Naxçıvana gedənlərə ŞAD XƏBƏR: Yeni nəqliyyat marşrutu açılır - VİDEO

Hazırda oxunan: Naxçıvana gedənlərə ŞAD XƏBƏR: Yeni nəqliyyat marşrutu açılır - VİDEO

592650

Araz çayı üzərində inşa olunan Ağbənd-Kəlalə avtomobil körpüsünün tikintisinin mart ayına qədər başa çatdırılması planlaşdırılır.

Bizim.Media xəbər verir ki, Azərbaycana səfər edən İran xarici işlər nazirinin müavini Vahid Cəlalzadə jurnalistlərə açıqlamasında bildirib ki, körpünün tikintisinin Novruz bayramına qədər tamamlanması nəzərdə tutulur.

İqtisadçı Eldəniz Əmirovun sözlərinə görə, Ağbənd-Kəlalə körpüsü Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirən Araz dəhlizinin ən mühüm halqalarından biridir. Körpü, eyni zamanda, regional nəqliyyat xəritəsində də strateji əhəmiyyət daşıyır.
 

E.Əmirov qeyd edib ki, bu körpü Şərqi Zəngəzur iqtisadi rayonunun xarici bazarlara çıxışını asanlaşdırır. Bundan əlavə, məsafənin hesablanacağı marşrutdan asılı olaraq yolun 60-100 kilometrədək qısalması kənd təsərrüfatı məhsulları və gündəlik istehlak mallarının daşınma xərclərini azalda, nəticədə qiymətlərin ucuzlaşmasına təsir göstərə bilər.


İqtisadçı bildirib ki, körpü Orta Dəhlizin bir qolu kimi Çindən Avropaya daşınan yüklər üçün yeni imkanlar açır. Eyni zamanda, Azərbaycanın öz eksklavı olan Naxçıvanla birbaşa, fasiləsiz və təhlükəsiz quru əlaqəsini təmin edir. Yolların dördzolaqlı olması isə böyükhəcmli beynəlxalq yükdaşımaların sürətli və səmərəli şəkildə həyata keçirilməsinə şərait yaradır.

Daha ətraflı Xəzər TV-nin süjetində:


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO