Naxçıvanda ağır qəza: 6 nəfər xəsarət aldı

Naxçıvanda ağır qəza: 6 nəfər xəsarət aldı

Hazırda oxunan: Naxçıvanda ağır qəza: 6 nəfər xəsarət aldı

592647

Naxçıvanda yol-nəqliyyat hadisəsi baş verib.

Bizim.Media xəbər verir ki, hadisə Naxçıvan-Ordubad magistralının Babək rayonu, Çeşməbasar kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

“NAZ-Lifan” markalı avtomobillə “Xəzər” markalı avtomobilin toqquşması nəticəsində 6 nəfər xəsarət alıb.
 

Xəsarət alanlar - 2012-ci il təvəllüdlü Zahid Əliyev, 2003-cü il təvəllüdlü Elcan Rəhimli, 2010-cu il təvəllüdlü Salman Əliyev, 1986-cı il təvəllüdlü Şəhanə Əliyeva, 2012-ci il təvəllüdlü Ayla Əliyeva və 1993-cü il təvəllüdlü Turqut Əlibəyli Naxçıvan Muxtar Respublika Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdirilib.


Hadisə yerinə polis əməkdaşları cəlb olunub, fakt araşdırılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO