Bazarlarda satılan bu qidaya İran boyaları vurulurmuş: İştahla yeyirik - VİDEO

Bazarlarda satılan bu qidaya İran boyaları vurulurmuş: İştahla yeyirik - VİDEO

Hazırda oxunan: Bazarlarda satılan bu qidaya İran boyaları vurulurmuş: İştahla yeyirik - VİDEO

592613

Bazarlarda satılan kələm turşularının rənginin qırmızı olması üçün süni boyalardan istifadə edildiyi iddia olunur.

Bizim.Media xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə yayılan görüntülər geniş müzakirələrə səbəb olub.

Paylaşılan videolarda bildirilir ki, kələm turşusunun daha tez yetişməsi və qısa müddətdə qırmızı rəng alması üçün İrandan gətirilən xüsusi boya maddəsi istifadə olunur. İddialara görə, bu maddənin təsiri ilə kələm cəmi üç gün ərzində hazır turşu formasını alır.
 

Sosial şəbəkə istifadəçiləri isə haqlı olaraq sual edirlər: təbii çuğundur kimi sağlam və əlçatan alternativ olduğu halda, niyə süni boyalara üstünlük verilir? İrəli sürülən ehtimallara görə, süni boya maddələrinin istifadəsi istehsalçılar üçün daha ucuz başa gəlir və bu səbəbdən təbii üsullardan imtina edilir.


Məsələ ictimai narahatlıq doğurmaqla yanaşı, qida təhlükəsizliyi baxımından da ciddi suallar yaradır. /Musavat.com


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO