20 nəfər işçinin maaşını verməyən restoran icarədarı SAXLANILDI

20 nəfər işçinin maaşını verməyən restoran icarədarı SAXLANILDI

Hazırda oxunan: 20 nəfər işçinin maaşını verməyən restoran icarədarı SAXLANILDI

592606

"Grill House" restoranının iki aydır 20 nəfər işçinin maaşını verməməsi ilə bağlı şikayət olunmuşdu. Şikayətçilər bildirirdilər ki, icarədar məkanın bağlanmasını bəhanə edərək maaşın ödənilməsini gecikdirir.

Bizim.Media xəbər verir ki, məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin əməkdaşı polis leytenantı Cəsarət Qənbərli oxu.az-a bildirib ki, qeyd edilən məsələ ilə bağlı işçilərin müraciətləri əsasında Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılıb:

"Həmin şəxs 38 yaşlı O.Qarayev polis əməkdaşları tərəfindən saxlanılıb. İşçiləri narahat edən halların aradan qaldırılması istiqamətində müvafiq tədbirlər görülür".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO