Tarixi bina SATILDI - Qiymət hər kəsi təəccübləndirdi

Tarixi bina SATILDI - Qiymət hər kəsi təəccübləndirdi

Hazırda oxunan: Tarixi bina SATILDI - Qiymət hər kəsi təəccübləndirdi

592553

Belarusun Qlubokoye şəhərində Napoleonun bir müddət qaldığı keçmiş Karmelit monastır kompleksinin binası satılıb.

Bizim.Media xəbər verir ki, bu barədə "RİA Novosti" Belarus Universal Əmtəə Birjasının “BUTB-Əmlak” elektron ticarət platformasına istinadən məlumat yayıb.

Tarixi-mədəni dəyərə malik bina simvolik qiymətə, 47,25 Belarus rubluna (təxminən 28,38 manat) satılıb.

Lotun dəyərindən əlavə, binanı alan yeganə iddiaçı hərrac qaydalarına əsasən məbləğin 5 faizini də ödəyib. Yeni sahib bir ay ərzində mühafizə öhdəliklərini imzalamalı, satınalmadan sonra bir il ərzində isə təmir və bərpa işləri aparmaq üçün Mədəniyyət Nazirliyindən müvafiq icazə almalıdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO