Samuxda mikroavtobus aşdı - Ölən və xəsarət alanlar var - FOTO/VİDEO

Samuxda mikroavtobus aşdı - Ölən və xəsarət alanlar var - FOTO/VİDEO

Hazırda oxunan: Samuxda mikroavtobus aşdı - Ölən və xəsarət alanlar var - FOTO/VİDEO

592542

Samuxda fəhlələri işə daşıyan mikroavtobusun aşması nəticəsində ölən və yaralananlar var. 

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə rayon ərazisində baş verib.  

Belə ki, hərəkətdə olan “Qazel” markalı mikroavtobusun sürücüsünün idarəetməni itirməsi nəticəsində maşın aşıb.  

Qəza zamanı 2000-ci il təvəllüdlü V.Əsgərov həyatını itirib.   Xəsarət alanlardan hələlik  M.Zülfüqarovun adı məlum olub. Digər yaralıların kimliyi müəyyənləşdirilir. 

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

 






Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO