Sumqayıtda XTQ veteranları ilə görüş keçirildi

Sumqayıtda XTQ veteranları ilə görüş keçirildi

Hazırda oxunan: Sumqayıtda XTQ veteranları ilə görüş keçirildi

592508

Yanvarın 24-də Sumqayıt şəhəri Heydər Əliyev Mərkəzində Xüsusi Təyinatlıların Qaziləri, Şəhid ailələri və Veteranları İctimai Birliyinin ehtiyatda olan Xüsusi Təyinatlılarla görüşü keçirilib.

Bizim.Media xəbər verir ki, görüşün əsas məqsədi Xüsusi Təyinatlıların Qaziləri, Şəhid ailələri və Veteranları İctimai Birliyinin Sumqayıt filialının yaradılması, filiala sədrin təyin edilməsi, eləcə də dövlət tərəfindən qazi və şəhid ailələrinə göstərilən yüksək diqqət və mövcud problemlərin müzakirəsi olub.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, daha sonra ümummilli lider Heydər Əliyevin və Vətənimizin azadlığı uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşdə Xüsusi Təyinatlıların Qaziləri, Şəhid ailələri və Veteranları İctimai Birliyinin idarə heyəti üzvləri, Sumqayıt Şəhər İcra Hakimiyyətinin nümayəndəsi Tərlan Hacızadə, Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının İdarə Heyətinin sədri Ruslan Quliyev, İnkişafa və İslahatlara Dəstək İctimai Birliyinin sədri Ramin Əliyev iştirak ediblər.

İctimai birliyin sədri Bəhruz Məmmədzadə çıxışında dövlət tərəfindən qazi və şəhid ailələrinin sosial rifahının yaxşılaşdırılması istiqamətində görülən işlərdən bəhs edib. O, həmçinin birliyin Sumqayıt filialının yaradılması və filialın sədri vəzifəsinə Seymur Aslanovun təyin edilməsi ilə bağlı əmri tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Sumqayıt Şəhər İcra Hakimiyyətinin nümayəndəsi Tərlan Hacızadə çıxış edərək İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun salamlarını çatdırıb, Sumqayıt şəhərində bu cür ictimai təşkilatın filialının yaradılmasını müsbət qiymətləndirib. O, şəhər rəhbərliyi tərəfindən şəhid ailələrinə və müharibə iştirakçılarına göstərilən diqqətin daim prioritet məsələlərdən biri olduğunu vurğulayıb.

Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının İdarə Heyətinin sədri Ruslan Quliyev çıxışında tədbirə dəvətə görə minnətdarlığını bildirərək, hər zaman qazilərimiz və şəhid ailələri ilə qürur duyduğunu qeyd edib.

İnkişafa və İslahatlara Dəstək İctimai Birliyinin sədri Ramin Əliyev isə bu cür görüşlərin keçirilməsini müsbət dəyərləndirib, iştirakçılarla bir arada olmağın fəxr hissi yaratdığını bildirib.
Tədbirin sonunda bir sıra iştirakçılara yeni üzvlük vəsiqələri təqdim olunub. Görüş çay süfrəsi
arxasında səmimi söhbətlə davam etdirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO