Gündəlik olaraq “sıfır” şəkər və “sıfır” kalori tərkibli qazlı içkilərin qəbulu infarkt və insult riskini 48% artırır.
Bizim.Media xəbər verir ki, bu qənaətə ABŞ-ın Kolumbiya Universiteti tərəfindən aparılmış yeni tədqiqatın nəticələri əsasında gəlinib.
Tədqiqat zamanı 2,5 mindən çox insan müşahidə olunub. Şəkərsiz qazlı içki qəbul edən 559 iştirakçıda ürək-damar sistemi xəstəlikləri aşkar edilib, 338 nəfər isə bu xəstəliklərin fəsadlarından vəfat edib.
Münhendə fəaliyyət göstərən Avropa Qida və Qidalanma Problemləri Araşdırmaları İnstitutunun EU.L.E. direktoru Udo Polmer şəkər əvəzləyiciləri ilə piylənmə arasında əlaqəyə diqqət çəkir.
Dietologiya sahəsində provokativ fikirləri ilə tanınan mütəxəssis, bu əlavələrin donuzların bəslənməsində istifadəsini nümunə göstərir və onların insan orqanizminə oxşar təsir
göstərdiyini bildirir.
Belə ki, “sıfır” şəkər və “sıfır” kalorili qazlı içki qəbul edərkən beyin orqanizmə böyük miqdarda kalori daxil olduğu barədə yalnış siqnal alır və buna insulinin ifrazı ilə reaksiya verir. Bu da sonradan aclıq hissinin daha da artmasına səbəb olur.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
20:09 / 24.01.2026
Şəkərsiz içkilər infarkt və insult riskini ARTIRIR
Hazırda oxunan: Şəkərsiz içkilər infarkt və insult riskini ARTIRIR
Hazırda oxunan: Şəkərsiz içkilər infarkt və insult riskini ARTIRIR
592499
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






























































































