Bakının mərkəzində dövlət nömrə nişanı olmayan avtomobil PEYDA OLDU - VİDEO

Bakının mərkəzində dövlət nömrə nişanı olmayan avtomobil PEYDA OLDU - VİDEO

Hazırda oxunan: Bakının mərkəzində dövlət nömrə nişanı olmayan avtomobil PEYDA OLDU - VİDEO

592483

Paytaxtın mərkəzi küçəsində ikinəfərlik elektrik avtomobili ilə hərəkət edən vətəndaş sürücülərin diqqətini cəlb edib.

Bizim.Media xəbər verir iki, bu barədə videogörüntü paylaşılıb.

Qeyd olunub ki, hərəkətin intensiv olduğu Rəşid Behbudov küçəsində vətəndaşlardan biri "Renault Twizy" markalı, dövlət nömrə nişanı olmayan elektrik avtomobili ilə hərəkət edib. O, hərəkətini həm avtobus, həm də ümumi nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş zolaqlarla davam etdirib.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) bölmə rəisi, polis mayoru Toğrul Nəsirli Oxu.Az-a açıqlamasında bildirib ki, mövcud qanunvericilikdə yüngül kvadrosikl və kvadrosikl mexaniki nəqliyyat vasitəsi hesab olunur və bu tip nəqliyyat vasitələri dövlət qeydiyyatına alınır.

"Bununla yanaşı sözügedən nəqliyyat vasitələrinin idarə edilməsi üçün müvafiq kateqoriyalı sürücülük vəsiqəsi də tələb olunur. Yol hərəkəti qaydalarını pozan sürücülər barəsində də qanuna müvafiq tədbirlər görülür", - deyə T.Nəsirli bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO