Avtobusu təmir edərkən altında qalan şəxs belə xilas edildi - FOTO/VİDEO

Avtobusu təmir edərkən altında qalan şəxs belə xilas edildi - FOTO/VİDEO

Hazırda oxunan: Avtobusu təmir edərkən altında qalan şəxs belə xilas edildi - FOTO/VİDEO

592481

Lənkəran rayonunda avtobus təmiri zamanı bədbəxt hadisə baş verib.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hadisə Velədi kəndi ərazisində, qəbiristanlıq yaxınlığında qeydə alınıb.

Məlumata görə, 1970-ci il təvəllüdlü Taleh Abdin oğlu Məhərrəmov avtobusu təmir edərkən nəqliyyat vasitəsi naməlum səbəbdən onun üzərinə aşıb. Nəticədə 56 yaşlı kişi avtobusun altında qalaraq hərəkətsiz və köməksiz vəziyyətdə qalıb.

Əraziyə operativ şəkildə Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin xilasedici qrupları və xüsusi texnika cəlb olunub. Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində avtobusun altında sıxılmış şəxs çıxarılaraq müvafiq qurumlara təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.




Sabutay, Bizim.Media, Cənub bürosu.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO