Artıq qabıqlar yapışmayacaq - Sadə, amma effektiv hiylə

Artıq qabıqlar yapışmayacaq - Sadə, amma effektiv hiylə

Hazırda oxunan: Artıq qabıqlar yapışmayacaq - Sadə, amma effektiv hiylə

592464

Yumurta qaynadarkən qabığın yapışması həm vaxt aparır, həm də yumurtanın formasını korlayır. Lakin bir neçə kiçik hiylə ilə bu problemi kökündən həll etmək mümkündür:

Bizim.Media xəbər verir ki, qaynama suyuna bir neçə damcı sirkə və ya bir çay qaşığı duz əlavə etmək yumurta qabığının içindəki zarı yumşaldır. Bu, qabığın yumurta ağına yapışmasının qarşısını alır.

Yumurtaları birbaşa soyuq suya qoyub qaynatmaq əvəzinə, su qaynamağa başlayanda onları ehtiyatla qazana əlavə edin. Temperaturun qəfil dəyişməsi qabıqla ağ arasında boşluq yaradacaq.
 

Əgər yumurtalarınız çox təzədirsə (təzə yumurtalar daha çətin soyulur), qaynama suyuna yarım çay qaşığı qida sodası əlavə edin. Soda yumurtanın pH səviyyəsini artıraraq qabığın asanlıqla ayrılmasını təmin edir.


Yumurtalar bişən kimi dərhal onları qaynar sudan çıxarıb buzlu su ilə dolu bir qaba qoyun. Təxminən 5-10 dəqiqə burada gözlətmək həm bişmə prosesini dayandırır, həm də qabığın "atmasına" kömək edir.

Bişmiş yumurtanı bir az su olan şüşə bankaya qoyun və ağzını bağlayıb yavaşca silkələyin. Qabıqlar çatlayacaq və suyun təsiri ilə bütöv şəkildə soyulacaq. (milli.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO