Qarabağda buz bağlayan yollarda köməksiz qalanlar belə xilas edildi – VİDEO

Qarabağda buz bağlayan yollarda köməksiz qalanlar belə xilas edildi – VİDEO

Hazırda oxunan: Qarabağda buz bağlayan yollarda köməksiz qalanlar belə xilas edildi – VİDEO

592074

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Şuşa, Xankəndi şəhərləri və Xocavənd rayonu ərazilərində yolların buz bağlaması səbəbindən vətəndaşların avtomobillərdə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Bizim.Media xəbər verir ki, FHN-in Mətbuat xidmətinin məlumatında deyilir.

Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Xankəndi Şəhər Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri və Qarabağ Regional Mərkəzinin xilasetmə qrupu əraziyə cəlb edilib.

Xilasedicilər tərəfindən yolun buz bağlaması səbəbindən hərəkətini davam etdirə bilməyən 2 ədəd “Mercedes" markalı avtomobil və 1 ədəd motosikletin hərəkəti təmin edilib və vətəndaşlara
müvafiq köməklik göstərilib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO