15 yaşlı qızın və körpəsinin ölümü ilə bağlı Xəzər Rayon İcra Hakimiyyətinə İTTİHAM – “Hara baxırdınız?”

15 yaşlı qızın və körpəsinin ölümü ilə bağlı Xəzər Rayon İcra Hakimiyyətinə İTTİHAM – “Hara baxırdınız?”

Hazırda oxunan: 15 yaşlı qızın və körpəsinin ölümü ilə bağlı Xəzər Rayon İcra Hakimiyyətinə İTTİHAM – “Hara baxırdınız?”

59204

“Necə olur ki, kiminsə həyətində bir daş tərpədiləndə dərhal yerli icra hakimiyyətlərinin xəbəri olur.  Amma o yekəlikdə uşaq yerindən tərpədilir xəbər tutmurlar”.

Bizim.Media xəbər verir ki, bu sözləri “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova “Facebook” hesabında dünyaya uşaq gətirən 15 yaşlı qızın və körpəsinin ölümünə münasibət bildirərkən qeyd edib.
 

MÖVZU İLƏ BAĞLI:

Bakıda 15 yaşlı qızın körpəni evdə dünyaya gətirdiyi ÜZƏ ÇIXDI: Sonra xəstəxanaya aparılıbmış  


Onun sözlərinə görə nə qədər ki, azyaşlı ilə nikaha girən şəxslə yanaşı, dövlət siyasətinin icra edilməsi tapşırılan yerli qurumlar bu məsələdə cəza almayacaq, problem davam edəcək: 

“15 yaşlı qızın və dünyaya gətirdiyi övladının doğuş zamanı ölümü ilə bağlı narahatçılıqlar olmalıdır. Məsələ qızın tərəf müqabilinin həbsi ilə həll edilirmi? İndiyə kimi aparılmış tədbirlər daha çox evlənən şəxsə yönəlikli olur.  Amma heç kim demir ki, yerli icra kakimiyyətləri dövlətin ərazi üzrə siyasətini icra edən qurumlardır. Bu qurumların daxilində də məhz bu məsələlər üzrə komissiyalar fəaliyyət göstərir. Yəni dövlət siyasətinin yerində icra edilməsi məsuliyyəti onlara tapşılıb. Düşünürəm ki, bu cür hallarla bağlı yerli icra hakimiyyətləri sorgulanmalıdır.
 

Hara baxırdız? İcra edə bilmirsən, Allah yaxşı yol versin get, qoy bacaran, biganə olmayan, sterotiplərlə yaşamayanlar bunu etsin. Məsələnin tələbi konkret bu formada olmalıdır”.


Fevralın 4-də paytaxtın Xəzər rayonu, Binə qəsəbə sakini, 2006-cı il təvəllüdlü Nigar Rüstəmova (ad və soyad şərtidir) və bətnindəki dölün ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Xəzər Rayon Prokurorluğunun aparılan araşdırmalarla müəyyən edilib ki, mərhum 10 ay əvvəl 1993-cü il təvəllüdlü Elvin Məmmədov (ad və soyad şərtidir) ilə ailə həyatı qurub, fevralın 4-də, saat 14 radələrində yaşadığı ünvanda ev şəraitində ölü döl doğduqdan sonra halı pisləşib. Komatoz vəziyyətə düşməsi səbəbindən azyaşlı 3 saylı Şəhər Kliniki Xəstəxanasına gətirilib və xəstəxananın reanimasiya şöbəsində ölüb.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO