Şəkidə maşın ağaca çırpıldı – Xəsarət alan var

Şəkidə maşın ağaca çırpıldı – Xəsarət alan var

Hazırda oxunan: Şəkidə maşın ağaca çırpıldı – Xəsarət alan var

591739

Şəki şəhər ərazisində avtomobil qəzası baş verib.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Şəkinin Çələbixan qəsəbə sakini, 1986-cı il təvəllüdlü Kamran İsmayılovun idarə etdiyi avtomobil yoldan çıxaraq ağaca çırpılıb.

Sürücü hadisə yerinə cəlb edilən Təcili tibbi yardım briqadasının köməyi ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Xəstəxanadan verilən məlumata görə, vətəndaşa başın qapalı travması, sağ çiyinin travması diaqnozu təyin edilib. Ona zəruri tibbi xidmətlər göstərilir.

Vəziyyəti ağır qiymətlədirilən şəxsin müalicəsi müvafiq şöbədə davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.

Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO