Dünyanın 50 ən yaxşı universitetini bitirmiş və ən azı üç il Ermənistanda işləmiş vətəndaşlar icbari hərbi xidmətdən azad olunacaqlar.
Bizim.Media xəbər verir ki, bu barədə təhsil, elm, mədəniyyət və idman naziri Janna Andreasyan Milli Assambleyanın yanvarın 19-da keçirilən iclasında “Hərbi xidmət və hərbi qulluqçuların statusu haqqında” qanuna dəyişiklik və əlavələr edilməsi haqqında qanun layihəsinin müzakirəsi zamanı bildirib.
Belə ki, Şanxay reytinqinə daxil olan universitetlərdə bakalavriat, magistratura və ya aspirantura təhsilini başa vurduqdan sonra Ermənistan Respublikasında hökumətin müəyyən etdiyi ixtisaslar üzrə azı üç il işləyəcək vətəndaşlar məcburi hərbi xidmətdən azad olunacaqlar.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
15:43 / 20.01.2026
Bu universitetləri bitirənlər hərbi xidmətdən azad olunacaqlar
Hazırda oxunan: Bu universitetləri bitirənlər hərbi xidmətdən azad olunacaqlar
Hazırda oxunan: Bu universitetləri bitirənlər hərbi xidmətdən azad olunacaqlar
591737
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



























































































