Ötən il qatar vuran şəxslərin sayı AÇIQLANDI – VİDEO

Ötən il qatar vuran şəxslərin sayı AÇIQLANDI – VİDEO

Hazırda oxunan: Ötən il qatar vuran şəxslərin sayı AÇIQLANDI – VİDEO

591539

“ADY maşinistləri 2025-ci ildə qatar qarşısına çıxan qəfil maneələrə görə 123 dəfə təcili tormozlama ediblər. Təəssüf ki, hər dəfə qəzadan qaçmaq mümkün olmur”.

Bizim.Media xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC məlumat yayıb.

Bildirilib ki, sözügedən hadisələr zamanı 18 dəfə toqquşma qaçılmaz olub. Nəticədə 10 nəfər ağır xəsarət alıb, 8 nəfər həyatını itirib:

“Unutmayın, qatarı dərhal saxlamaq fiziki olaraq qeyri-mümkündür və bunun üçün böyük məsafəyə ehtiyac var!
 

Dəmir yolu xətlərini yalnız müəyyən edilmiş yerlərdən keçmək, dəmir yolu xətlərini keçərkən qulaqlıqdan istifadə etməmək, sağa və sola baxmaq, hər iki tərəfdən qatarın gəlmədiyinə əmin olduqdan sonra yola davam etmək mütləqdir!


ADY üçün təhlükəsizlik prioritetdir. Bu məqsədlə davamlı olaraq sosial mediada maarifləndirmə kampaniyaları təşkil edilir, dəmir yolu ətrafında yerləşən məktəblərdə bununla bağlı xüsusi təlimlər keçilir”, - deyə məlumatda qeyd olunub.


Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO