Cəlilabad rayonunun Vənlik kəndində yerləşən körpü intensiv yağışlardan sonra qəzalı vəziyyətə düşüb.
Bizim.Media xəbər verir ki, hazırda Vənlik, Fətullaqışlaq və Oğrubulaq kəndlərinin sakinləri körpüdən istifadə etməkdə çətinlik çəkir.
"Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyinin 46 saylı Yol İstismarı Məhdud Məsuliyyətli Cəmiyyətindən verilən məlumata görə, sözügedən körpüdə hazırda yenidən müvəqqəti təmir işləri aparılır.
Yaxın zamanlarda isə körpü yenidən qurulacaq.
Bizim.Media


































































































