Sabiq icra başçısının oğlunun güllələdiyi şəxs çoban imiş... – DETALLAR

Sabiq icra başçısının oğlunun güllələdiyi şəxs çoban imiş... – DETALLAR

Hazırda oxunan: Sabiq icra başçısının oğlunun güllələdiyi şəxs çoban imiş... – DETALLAR

591113

Xəbər verdiyimiz kimi, bu gün Yevlaxda silahlı insident baş verib. Hadisə zamanı 39 yaşlı Zaur Səmədov qeydiyyatda olan ov tüfəngi ilə xuliqanlıq zəminində tanışı, 46 yaşlı Qoşqar Novruzovun ayaq nahiyəsinə xəsarət yetirib.

Bizim.Media-nın əldə etdiyi məlumata görə, hadisə rayonun Qoyunbinəsi kəndində baş verib.
 

MÖVZU İLƏ BAĞLI:

Qoca Səmədovun oğlu Yevlaxda adam GÜLLƏLƏDİ


Əldə etdiyimiz məlumata görə, güllələnən şəxs çoban kimi fəaliyyət göstərib. Tərəflər arasında insidentin yaranmasına səbəb torpaq sahəsi ilə bağlı yaranan mübahisə olub. 

Qeyd edək ki, Zaur Səmədov Yevlaxın sabiq icra başçısı Qoca Səmədovun oğludur.

Xatırladaq ki, Q. Səmədov 2019-cu ildə həbs edilib. O, vaxtından əvvəl şərti azadlığa buraxılmış və səhhətindəki problemlər səbəbindən 2023-cü ildə vəfat etmişdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO