Bu avtobuslarda gedişhaqqı 90 qəpik oldu – RƏSMİ

Bu avtobuslarda gedişhaqqı 90 qəpik oldu – RƏSMİ

Hazırda oxunan: Bu avtobuslarda gedişhaqqı 90 qəpik oldu – RƏSMİ

590562

Yanvarın 17-dən Bakı-Sumqayıt istiqamətində fəaliyyət göstərən 594 və 595 nömrəli ekspres marşrutlarında gedişhaqqı 10 qəpik artırılaraq 90 qəpik təşkil edəcək. 

Bu barədə Bizim.Media-ya AYNA-dan məlumat verilib. 

Bildirilib ki, 594 və 595 nömrəli marşrutlar artıq əsas müntəzəm xətlərə alternativ kimi fəaliyyət göstərəcək: 

“Sözügedən marşrutlar istifadəyə verildikdə həmin istiqamətdə alternativlər az idi. Hazırda isə bu istiqamət üzrə yeni yaradılmış 500 və marşrutu uzadılmış 503 nömrəli avtobuslar ötən ildən iki şəhər arasında əsas tələbatı qarşılayır. Bu marşrutlarda tarif dəyişilmir və 80 qəpik səviyyəsində qalır. Bu xətlərdə hazırda ekoloji təmiz CNG mühərrikli və müasir BMC markalı ümumilikdə 41 avtobus istismar olunur”.   

Məlumatda qeyd edilib ki, hər zaman ekspres marşrutlarında qiymət müntəzəm marşrutlardan daha yüksək təyin olunur. 

Xatırladılıb ki, 594 və 595 nömrəli ekspres marşrutlarında “Neoplan” markalı müasir avtobuslar fəaliyyət göstərir.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO