Şəhərdə yaşayanların DİQQƏTİNƏ: Bu səbəbdən ürək xəstəlikləri və piylənmə riskiniz var

Şəhərdə yaşayanların DİQQƏTİNƏ: Bu səbəbdən ürək xəstəlikləri və piylənmə riskiniz var

Hazırda oxunan: Şəhərdə yaşayanların DİQQƏTİNƏ: Bu səbəbdən ürək xəstəlikləri və piylənmə riskiniz var

589552

Karolinska Universitetinin alimləri müəyyən ediblər ki, daimi şəhər səs-küyü piylənmənin və ürək-damar sistemi xəstəliklərinin inkişafına səbəb ola bilər. 

Bizim.Media xəbər verir ki, bu barədə “Business Standard” yazıb.

Mütəxəssislər insanın yaşadığı yer ilə onun bel çevrəsinin ölçüsü arasında əlaqə aparıblar.
 

Səs-küyün hər əlavə 10 desibel artması bel çevrəsinin 1 santimetr böyüməsinə səbəb olub. Qeyd edək ki, səs-küy təkcə böyüklərə və uşaqlara deyil, həm də ana bətnində olan körpələrə təsir göstərib. Səs-küy stress hormonu olan kortizolun ifrazını artırır, stress yaradır və piy yığılmasını stimullaşdırır.


Visseral piy orqanizm üçün təhlükəlidir. Onun artıq olması infarkt və miokard infarktı riskini artırır. Bu tədqiqat səs-küyün insan orqanizminə təsirinin öyrənilməsi sahəsində ilk araşdırma deyil. “Utrecht Universitetinin” alimləri də sübut ediblər ki, səs-küy səviyyəsinin 6 desibel artması uşağın doğum zamanı çəkisini 15–23 qram artırır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO