Ermənilərin açdığı atəş nəticəsində Tərtərdə yaşayış məntəqəsi ərazisindəki mülki tikiliyə güllə dəyib.
Bu barədə Bizim.Media Müdafiə Nazirliyinə istinadən xəbər verir.
MÖVZU İLƏ BAĞLI:
Ermənilər Tərtər istiqamətində mövqelərimizi atəşə tutdu
Bildirilir ki, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin üzvləri tərəfindən Tərtər rayonunun Qapanlı kəndi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqeləri fevralın 6-ı saat 00:23-dən 02:12-dək heç bir səbəb olmadan fasilələrlə atıcı silahlardan atəşə tutulub.
Azərbaycan Ordusunun bölmələri tərəfindən dərhal cavab tədbirləri görülüb.
Hadisə nəticəsində mülki əhali və bölmələrimizin şəxsi heyəti arasında xəsarət alan yoxdur.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
11:43 / 06.02.2022
Ermənilərin açdığı atəş nəticəsində Tərtərdə mülki tikiliyə güllə dəydi
Hazırda oxunan: Ermənilərin açdığı atəş nəticəsində Tərtərdə mülki tikiliyə güllə dəydi
Hazırda oxunan: Ermənilərin açdığı atəş nəticəsində Tərtərdə mülki tikiliyə güllə dəydi
58861
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.