Bakının mərkəzi küçələrindən birində baş vermiş yol nəqliyyat hadisəsi zamanı piyada səkisində olan uşağın üzərinə məhəccər aşıb.
Bizim.Media “qafqazinfo.az”a istinadən xəbər verir ki, hadisə nəticəsində uşaq ağır xəsarətlərlə yerə yıxılıb və huşsuz vəziyyətdə qalıb.
Hadisə yerindən keçən polis əməkdaşları vəziyyətin son dərəcə ağır olduğunu anlayaraq dərhal müdaxilə ediblər. Polis əməkdaşlarının müşayiəti ilə azyaşlı təcili xəstəxanaya çatdırılıb. Ağır vəziyyətdə, koma halında olan uşaq reanimasiyaya yerləşdirilib, təcili əməliyyat olunub və həyatını xilas etmək mümkün olub.
Hazırda azyaşlının vəziyyəti həkimlərin nəzarəti altındadır.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
12:36 / 01.01.2026
Polis əməkdaşları azyaşlını belə xilas etdi – ANBAAN VİDEO
Hazırda oxunan: Polis əməkdaşları azyaşlını belə xilas etdi – ANBAAN VİDEO
Hazırda oxunan: Polis əməkdaşları azyaşlını belə xilas etdi – ANBAAN VİDEO
588442
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


























































































