Azadlığa buraxılan Dəniz Əsədovadan İLK AÇIQLAMA – VİDEO

Azadlığa buraxılan Dəniz Əsədovadan İLK AÇIQLAMA – VİDEO

Hazırda oxunan: Azadlığa buraxılan Dəniz Əsədovadan İLK AÇIQLAMA – VİDEO

586792

Müğənni Dəniz Əsədova Amnistiya aktı ilə azadlığa buraxılıb.

Bizim.Media xəbər verir ki, o bu gün 4 saylı cəzaçəkmə müəssisəsindən azadlığa buraxılıb.

"Böyük sevinc hissidir. Ailəm və öz adımdan Cənab Prezidentə, Mehriban xanım Əliyevaya təşəkkür edirəm. Mənim cəzamın çəkilməmiş hissəsi bağışlanıldı və övladlarıma qovuşdum. 22 günüm qalmışdı", - deyə müğənni qeyd edib.

Qeyd edək ki, Dəniz Əsədova bundan əvvəl dələduzluqda və bir neçə nəfərə qarşı təhqir və böhtan səbəbindən xüsusi ittiham qaydasına məhkum edilib.

O, vəkil Asim Abbasova təhqir və böhtan atdığı səbəbindən Binəqədi rayon Məhkəməsinin hökmü ilə 7 ay azadlıqdan məhrum edilib. Daha sonra başqa bir şəxsi də təhqir etməsi və böhtan atması səbəbindən onun cəzası artırılıb.


Günay Şahmar, Pərviz Allahverdiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO