Şair Vüqar Əhməd saxlanılması barədə yayılan xəbərlərə münasibət bildirib.
Bizim.Media xəbər verir ki, bu barədə lent.az-a danışan şair yayılan məlumatların doğru olmadığını deyib:
"Yalan məlumatdır. Hazırda evimdə oturub çay içirəm".
Qeyd edək ki, daha əvvəl manset.az onun bu gün gündüz saatlarından saxlanılması ilə bağlı xəbər yaymışdı.
***19:06
Tanınmış, nəğməkar şair Vüqar Əhməd saxlanılıb.
Bizim.Media manset.az-a istinadən xəbər verir ki, o, səhər saatlarında işə gedərkən saxlanılıb.
Vüqar Əhmədin niyə və hansı qurum tərəfindən saxlanıldığı məlum deyil. Onun şəxsi telefonlarına isə səhər saatlarından zəng çatmır.
V.Əhmədin saxlanılması ilə bağlı xəbəri çalışdığı AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi katibi Aygün Bağırova təsdiq edib.
"Vüqar müəllim səhər saatlarında işə gələrkən saxlanılıb. Hansı qurum tərəfindən saxlanıldığı barədə məlumatımız yoxdur. Belə məlumat var ki, bu saatlarda buraxılacaq".
Bizim.Media


























































































