TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun rəhbərliyi ilə “İlin yekunlarına və növbəti il üçün qarşıya qoyulan hədəflərə dair” müavin, müşavir, departament rəhbərləri və tabeli müəssisələrin rəhbər heyətinin iştirakı ilə müşavirə keçirilib.
TƏBİB-dən Bizim.Media-ya verilən məlumata görə, müşavirdə bu ilin 11 ayının nəticələri və qarşıdakı dövr üçün prioritet istiqamətlər ətrafında geniş müzakirə aparılıb.
Qeyd edilib ki, 2024 və 2025-ci illərin ilk 10 ayının müqayisəsi göstərir ki, TƏBİB üzrə ümumi gəlir 2024-cü ilin müvafiq dövründə 1 milyard 123 milyon 800 min 642 manat olduğu halda, 2025-ci ilin ilk 10 ayında 1 milyard 180 milyon 549 min 962 manata yüksəlib və nəticədə 56 milyon 749 min 321 manat və ya 5,05 faiz artım qeydə alınıb.
Xidmətlər Zərfi üzrə təqdim olunan tibbi xidmətlərin həcmi 2024-cü ilin ilk 10 ayında 735 milyon 550 min 637 manat olduğu halda, 2025-ci ilin müvafiq dövründə 787 milyon 65 min 768 manata yüksəlib və 51 milyon 515 min 131 manat və ya 7 faiz artım qeydə alınıb.
Bizim.Media


























































































